Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Öhdəliklər:

  • ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
  • Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
  • Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
  • Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
  • Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
  • İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi vacibdir.
  • Kompüter bilikləri:
  1. Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
  2. Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.

Əlavə bacarıqlar:

  • Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
  • Yüksək dərəcədə analitik qabiliyyət;
  • Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
  • Ünsiyyət qura bilmək bacarığı;
  • Təşəbbüskarlılıq;
  • Stresə davamlılıq.

Xahiş olunur ki, CV-ləri 06 fevral 2022-ci il tarixinədək [email protected] e-mail vasitəsilə təqdim edəsiniz. 

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis). Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi