Təklif üzrə mühəndis (universiteti yeni bitirmiş məzunlar üçün)

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil ( HVAC, Avtomatika mühəndisliyi üzrə alı təhsil mütləqdir. )
  • Azərbaycan və Rus dilində sərbəst danışıq bacarığı olmalı;
  • Bazar araşdırmalarını düzgün aparma bacarığı;
  • Səliqəli xarici görünüş, müştərilərlə ünsiyyət bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;
  • Riyazı təhlil və analitik düşüncə;
  • MS office proqramlarında işləmə bacarığı;

İş barədə məlumat:

  • İstilik təchizatı sistemləri üzrə avadanlıqların satışı  ilə bağlı təkliflərin hazırlanması;
  • Layihə satışları üzrə təkliflərin hazırlanması və vaxtında verilməsi;
  • Verilmiş layihələr üzrə iş həcminin müəyyən edilməsi;
  • Qiymət təkliflərinin şirkətin hədəflərinə uyğunlaşdırılması;
  • Təklif və razılaşma  qiymətləri hesablamalarını analiz etmək və smeta sənədlərini hazırlamaq;
  • Həftəlik, aylıq təkliflərlə  bağlı rəhbərə məlumatın verilməsi;
  • Təkliflərlə bağlı sənədləşmə işlərinin vaxtında həyata keçirilməsi;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;

Qeyd: Mühəndislik təhsili olan namizədlər müsahibəyə dəvət ediləcəkdir və iş barədə məlumat sınaq müddətində öyrədiləcəkdir.

CV-ləri Təklif üzrə mühəndis mövzusu ilə göndərə bilərsiniz.