Buxar Mühəndislik


“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq  Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi  fəaliyyətə başlayıb.

1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan “Buxar Mühəndislik” şirkəti  hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.

50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar Mühəndislik” şirkəti  fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə etməkdə davam edir. Eyni zamanda fəaliyyətimizin bir qolu olan  əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı və texniki xidmət (servis) göstərilməsi  işini də təşkil edərək bir sira iri layihələrə uğurla imza atmışıq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?