Layihələndirmə və təklif şöbəsinin müdiri

İşin təsviri

Namizədə dair tələblər:

- Ali təhsil (texniki / mühəndislik sahəsində);
- Müvafiq sahədə idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
- Autocad və MS office proqramlarında işləmə bacarığı;
- İş planlama ,təşkil etmə və idarəetmə bacarığı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

- Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
 -Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə);
- Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
- Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə - nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək;
- Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
- Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
- Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;

Qeyd:İsitmə, soyutma və havalandırma üzrə mühəndis iş təcrübəsi olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

CV-ləri Layihələndirmə və təklif şöbəsinin müdiri mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.