Aktuar hesablamaları şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 23.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 21-26 (yeni məzun olanlar müraciət edə bilərlər)
  • İş təcrübəsi: Zəruri deyildir
  • Riyaziyyat, Maliyyə və Statistika sahəsində Ali təhsil
  • Azərbaycan dili (əla),Rus və İngilis dilləri (arzuolunandır)
  • Kompyuter proqramlaşdırılması sahəsində baza biliklərə malik olmaq
  • Microsoft Office proqramlarını bilmək (xüsusilə Excel)

Əsas vəzifə öhdəlikləri:

  • Aktuar hesablamaları üçün lazım olan məlumatların yığılması və təhlil olunması;
  • Zərərlərlə bağlı fayllara nəzarətin həyata keçirilməsi;
  • Uzunmüddətli sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət;
  • Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə riyazi ehtiyatların hesablanması;
  • Sığorta portfelinin optimallığına nəzarət, zərərlilik əmsallarının hesablanması;
  • Underwriterlərdən daxil olan tələblər üzrə lazım olan tariflərin hesablanması;
  • Mövcud portfel  və ayrı-ayrı risk qrupları üzrə orta ölçülü tarifi hesablamaq;
  • Sığorta şəhadətnamələri və onlara edilən əlavələr üzrə sığorta haqlarının alqoritmini hazırlamaq və yoxlamaq;

Şəxsi keyfiyyətlər:

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi 
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı : 300 azn -  500 azn+  (əlavə olaraq əmək haqqı artımı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır) 

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını [email protected] göndərə bilər.