Kopirayter

  • Impler Agency
  • Elanın qoyulma tarixi: 22.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komandamıza qoşulacaq bu dahi Kopirayter reklam mətnləri, ideyaları və konsepsiyalarının hazırlanmasının məsuliyyətini üzərinə almalıdır. 

Vəzifə öhdəlikləri:

  • Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
  • Sosial Media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək;
  • Sosial Media üçün kontent yaratmaq;
  • Kampaniyalar üçün sloqanlar düşünmək;
  • Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
  • Ehtiyac olduğu halda bütün növ reklam, PR kopirayt işləri.  

Axtardığımız namizədin portreti: 

Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır. 

Tələbər: 

  • Mükəmməl Azərbaycan dili; 
  • Ən azı bir xarici dili (rus və ya ingilis) sərbəst şəkildə bilmək; 
  • Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə əlaə üstünlükdür);
  • Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur. 

Biz vəd edirik:

  • 600-1000 maaş (təcrübəsinə uyğun təyin olunacaq);
  • Maaşdan əlavə 50% həcmində 13-cü maaş bonus; 
  • Şəhərin mərkəzində yerləşən ofis;
  • Pozitiv, ünsiyyətcil komanda və peşəkar iş mühiti;
  • İşləmək üçün rahat Macbook Air noutbuku;
  • Qlobal və aparıcı yerli brendlərlə müxtəlif layihələrdə öz potensialını reallaşdırmaq imkanları.

Müraciət üçün CV və Portfolionu göndərə bilərsiniz. 

Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq. 

Seçim qaydası:

Uyğun namizədlərlə CV göndərdiyi andan etibarən 72 saat ərzində əlaqə saxlanılacaq. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.

Email: [email protected]