Korporativ sığorta şöbəsinin müştəri meneceri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 19.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:  

  • Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək; 
  • Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək; 
  • Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq. 
  • Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək; 
  • Debitorların ödənilməsini təmin etmək; 
  • Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək 
  • Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək. 

Namizədə olan tələblər: 

İş təcrübəsi: Satış sahəsi üzrə 1 ilədək iş təcrübəsi tələb olunur. 

Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.

Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta       

Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.

Kompüter bilikləri: MS Office: əla 

Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma.  

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61

Vakansiya üçün müraciət qaydası: Namizədlər müraciət bölməsindəki keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi