İT/MİS mütəxəssisi

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • CBS (Əsas Bankçılıq sistemi) Temenos T24 çərçivəsində istifadəçilərin fəaliyyətini dəstəkləmək və izləmək;
  • CBS üzrə işlərin qaydasında getməsini təmin etmək məqsədilə gündəlik əməliyyat və prosesləri icra etmək;
  • İş gününün bağlanması ilə bağlı tapşırıqları yerinə yetirmək (CBS çərçivəsində COB), ehtiyat proseduru və hesabatı təmin etmək;
  • Ehtiyat nüsxə prosedurları da daxil olmaqla əməliyyat səviyyəsində “House” aplikasiyalarına dəstək;
  • CBS istifadəçilərinə əməliyyat səviyyəsində köməklik etmək, Temenos sistemində istifadəçilərlə məsləhətləşmək;
  • Bakı və regional filiallar üçün İT layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • İT/MİS Departamentinin Rəhbəri və İdarə Heyəti tərəfindən verilən digər vəzifələri yerinə yetirmək;
  • Şirkətin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Nəzarətçi tərəfindən qarşıya qoyulmuş hədəflərə çatmaq üçün öz imkanları dax ilində hər şeyi etmək və “AzKredit”in qarşıya qoyduğu məqsədə çatması üçün dayanmadan çalışmaq;
  • Bütün fəaliyyətlərin “AzKredit”in siyasət və prosedurlarına uyğun olaraq aparmaq.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil dərəcəsi;
  • Ən azı 1 il müvafiq iş təcrübəsi;
  • Əsas bank sistemləri üzrə, xüsusilə, Temenos T24 biliklərinə yiyələnməsi;
  • Linux OS-lə işləmək bacarığı (JBASE və JSHELL ilə tanış olmalıdır);
  • MS Office proqramlarında qabaqcıl kompüter biliklərinə yiyələnməsi;
  • VBA, SQL, PHP və T24 bank sistemi üzrə avtomatizasiya bilikləri mütləqdir;
  • Bank (maliyyə) sistemləri üçün hesabatların yazılması təcrübəsi üstünlük olacaqdır;
  • Planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Ölkədaxili təşkil olunan İT tədbirlərində və tələb olunduqda müxtəlif təlimlərdə iştirak etmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (yazılı və şifahi), rus dilini mükəmməl bilməsi arzuolunandır;
  • Çoxsaylı tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
  • Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 21 yanvar 2022-ci il tarixinədək  e-mail vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində “İT/MİS mütəxəssisi” qeyd edin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Email: [email protected]