Müştəri Əlaqələri üzrə İşçi (Naxçıvan Filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək; 
  • Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
  • Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək; 
  • Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
  • Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək; 
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək; 
  • Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
  • Tələb olunarsa, “FİNCA Azərbaycan”ın müxtəlif filial ofislərinə səfərlər və/və ya rotasiya;
  • Aylıq və yarım-illik performans hədəflərinə nail olmaq; müştəri məmnuniyyəti standartları/hədəfləri və müştəri şikayətlərinin nisbəti ilə ölçülən yüksək keyfiyyətli müştəri xidmətləri göstərmək; Dəqiq hesabatvermə və sənədlərin emalı.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
  • Səlis Azərbaycan dili;
  • MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
  • Müştəri xidmətləri və arxa ofis üzrə bir il iş təcrübəsi;
  • Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
  • İşgüzarlıq və aktivlik.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 30 dekabr 2021-ci il tarixdən  gec olmamaq  şərtilə elektron ünvanına Subject/Mövzu  hissəsində  Müştəri Əlaqələri üzrə İşçi (Naxçıvan Filialı) qeyd  etməklə göndərə bilərsiniz. 

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar haqqında məlumatı sizə daha tez Telegram kanalımız çatıdracaq. Abunə olmağı unutmayın.

İşəgötürənin reytinqi