Satış Meneceri

  • ISTEC
  • Elanın qoyulma tarixi: 13.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq; 
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
  • Daimi olaraq müştəri ziyarəti;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;                   
  • Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək;
  • Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;                          
  • Şirkətin məhsullarının satış nöqtələrində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
  • Gün sonu hesabatların verilməsi;                                                                   
  • Rəqib məhsullar haqda məlumatların əldə edilməsi;

Tələblər:

  • Ali təhsilli, Xanım Namizədlər;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
  • Satışları təhlil etmək bacarığı;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
  • İnkişafa meyilli;
  • Öz üzərində işləyən;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
  • Yaş həddi 25-40 arası

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
  •  İstirahət şənbə-bazar günləri, nahar və avtomobil (iş görüşmələri ilə bağlı) şirkət tərəfindən verilir.
  • Əmək haqqı net: 800-1000 AZN + bonus 
  • İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq  küç 2, (Bakı Media Mərkəzi ilə üzbə-üz)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “satış meneceri”  qeyd edəsiniz

 

ISTEC tərəfindən digər vakansiyalar