Memar-Dizayner

  • ISTEC
  • Elanın qoyulma tarixi: 14.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti obyektlətrinin layihələndirilməsi, layihə sənədlərinin (cizgilər, iş həcmləri cədvəli, hesabatlar) hazırlanması. Layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
  • Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
  • Mühəndis layihələrinin bir-biri ilə əlaqələndirmə, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq;
  • İşçi layihələrin hazırlanması, işçi layihələrinə dəyişikliklər etmək, layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək; texniki əsaslandırılmış normaların tətbiq edilməsi;
  • İş prosesinə nəzarət etmək, xərcləri hesablamaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək, təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
  • Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
  • Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmalı; Layihələrin interyer işlənilməsi, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimləri təmin etmək.
  • Ərazi abadlıq və yaşıllaşdırma (landşaft) işlərinin işlənilməsi;
  • Verilən layihənin tikintidə (müəllif) nəzarətinin aparılması (daxili bölgülər)
  • Dövlət qrumları ilə razılaşmalar.
  • İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
  • Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil
  • Ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
  • AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw,  Fotoshop, Revit, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
  • Smetanın hesablanması bacarığı,sərbəst planlama.
  • Azərbaycan dili əla səviyyədə, rus və ingilis dillərini orta səviyyədə bilməli.
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli.
  • Komandada işləmək bacarığına sahib olmalı.
  • İşgüzar ünsiyyət bacarığı.

İş şərtləri:

  • Həftə içi 5 gün : 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
  • İstirahət şənbə-bazar günləri, nahar-şirkət tərəfindən verilir.
  • Əmək haqqı 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur). 
  • İş yeri: Yasamal rayonu, Mikayıl Müşfiq  küç 2, (Bakı Media Mərkəzi ilə üzbə-üz)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi göndərin. Email: [email protected]

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Memar-Dizayner”  qeyd edəsiniz.

ISTEC tərəfindən digər vakansiyalar