İSTEC mühəndislik şirkəti 2012-ci ildə yaradılmışdır. Şirkətimiz tikinti-təmir işlərində, su-kanalizasiya, elektrik, havalandırma, tüstüsovurma, soyutma və isitmə, qazanxana, yanğına nəzarət və yanğından mühafizə, hidrant, zəif axın (kamera, turniket və s.) sistemlərinin qurulmasında ixtisaslaşmışdır. Təcrübəli mütəxəssisləri cəlb etməklə yaratdığımız işçi qrupları qeyd etdiyimiz işlər üzrə müştərinin arzu etdiyi sahələrdə – sənaye və iaşə sahələrində, xüsusi təyinatlı obyektlərdə, ev və villalarda, bina qarajlarında müştərinin istəkləri və normativ qaydalara uyğun olaraq görüləcək işin layihəsini qurur və keyfiyyətlə icra edirlər. İstifadə etdiyimiz məhsullar həm şirkətin öz bazası və partnyor şirkətlər tərəfindən təmin olunur. Ekoloji tarazlığı qorumaq üçün istifadəmizdə olan bütün məhsullar CE- sertifikatlıdır və bütün məhsullara şirkətimiz tərəfindən zəmanət verilir. İSTEC mühəndislik şirkəti qeyd olunan xidmətlər üzrə ASAN Xidmət, Fövqəladə Hallar və İqtisadiyyat nazirlikərinin müvafiq lisenziyalarına malikdir. Həmçinin şirkətimiz bank qarantiyasına da malikdir

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?