İnşaat Mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
  • Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
  • İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
  • İşlərin İcra Aktlarının hazırlanması.
  • Maddi məsul şəxs olaraq material, avadanlıq, inventar, maşın- mexanizmin qənaətli sərfiyyatının təşkil edilməsi, anbar işinin təşkil edilməsi.
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması ;
  • Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının müəyyən edilməsi və zəruri tikinti materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi;
  • Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti ;
  • Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD, Tekla)
  • Komandada işləmək bacarığı;
  • Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Yaş həddi 25-45

Təminatlar:

  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi;
  • 6 günlük iş qrafiki.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “İnşaat mühəndisi” yazaraq [email protected] göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Makro2000 Group of Companies tərəfindən digər vakansiyalar