Elektrik Mühəndisi

İşin təsviri

İş yeri:  Ofis

İş təcrübəsi: Sahə üzrə minimum 5 il

Təhsil: Ali

Vəzifə öhdəlikləri:

  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 
  • Analiz əsasında Elektrik işlərinin smeta dəyərini hazırlama bacarığı
  • Elektrik sxemlərini oxumaq bacarığı 
  • Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
  • Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
  • İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
  • Maddi məsul şəxs olaraq material, avadanlıq qənaətli sərfiyyatının təşkil edilməsi.
  • Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması .
  • Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsi;
  • Tikintidə istifadə olunacaq elektrik materiallarının müəyyən edilməsi və zəruri elektrik materiallarının siyahı şəklində təchizat şöbəsinə yönləndirilməsi;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət edilməsi;
  • Texnoloji intizama riayət edilməsi, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsil (Elektrik fakultəsi/ Elektrik mühəndisi)
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti ;
  • Yüksək kompüter bacarıqları (Microsoft Office  Auto CAD)
  • Komandada işləmək bacarığı;
  • Əmək haqqı : (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Yaş həddi 25-55

Təminatlar:

  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi;
  • 6 günlük iş qrafiki.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Elektrik mühəndisi” yazaraq [email protected]r göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.