İşin təsviri
                
                
                                
                Əmək haqqı: 800-1000 AZN
İş şəraiti:
	- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
 
	- 5 günlük iş həftəsi
 
	- Nahar fasiləsi: 12:00-13:00
 
	- Nahar müəssisə tərəfindən təmin edilir.
 
İş barədə məlumat:
	- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
 
	- Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsini təmin etmək;
 
	- Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək;
 
	- Malların daşıyıcısını müəyyənləşdirək;
 
	- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasını təmin etmək;
 
	- Nəqliyyat planlarının işlənib hazırlanmasını həyata keçirmək;
 
	- Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
 
	- Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
 
	- Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
 
	- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
 
	- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
 
	- Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
 
	- Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
 
	- Yeni daşıyıcı şirkətlər araşdırıb tapmaq;
 
Tələblər:
	- Ali iхtisas təhsili;
 
	- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
 
	- Azərbaycan, rus və ingilis dillərini bilməli;
 
	- Problemləri həll etmə bacarığı;
 
	- Təhlil etmə bacarığı;
 
	- Kargüzarlıq qaydaları haqqında biliklər; 
 
	- Ünsiyyət qurma bacarığı;
 
	- İNCOTERMS-2010 (beynəlxalq ticarət sövdələşməsi) qaydaları haqqında biliklər;
 
	- MS Office  proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);
 
	- Coğrafi, riyazi və məntiqi biliklər.
 
	- Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən    normativ hüquqi aktların tələblərini bilməlidir;
 
	- Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
 
	- Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
 
	- Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
 
	- Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
 
	- Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
 
	- Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
 
	- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
 
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] e-mail adresinə göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Logistika üzrə koordinator” göstərin.