ATEF Şirkətlər Qrupu


ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.
 

1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.
 

Şirkətimiz uzun illər qlobal enerji sənayesinin ən yüksək standartlarına cavab vermək üçün doqquz regional zavodunda yeni tədqiqat və istehsal sahələrinə, eləcə də müasir texnologiyalara sərmayə qoyub. Şirkətin nəzdində həmçinin layihə-konstruktor bürosu, tikinti-quraşdırma, eləcə də mexanizasiya və nəqliyyat idarələri də fəaliyyət göstərir. Biz texnoloji istehsal proseslərini daim təkmilləşdirməklə yanaşı, səriştəli və peşəkar kadrların hazırlanmasına da böyük önəm veririk.
 

ATEF hazırda dünya səviyyəli güc transformatorlarının və geniş çeşidli digər elektrik avadanlıqlarının nəhəng istehsalçısıdır. Bu gün enerji, dəmir yolu və neft-qaz sektorları da daxil olmaqla, onlarla sahədə xidmət göstərmək iqtidarındayıq. 
 

Ötən müddət ərzində əhəmiyyətli dərəcədə böyüməyimiz, dəyişən qlobal enerji bazarındakı prosesləri yaxşı dərk etməyimizin,  yeniliklərə təşəbbüs göstərməyimizin və dəyərli tərəfdaşlarımızla möhkəm əlaqələr qurmağımızın sübutudur.
 

ATEF Şirkətlər Qrupunun əsas vəzifəsi sifarişçilərin tələbatlarını anlamaq və onlara ən qabaqcıl həllər təqdim etməkdir.  Sizi yüksək səviyyəli müasir elektrik avadanlıqları və quraşdırma ehtiyaclarını qarşılamaq üçün artıq ATEF-i seçmiş dünyanın yüzlərlə şirkətinə qoşulmağa dəvət edirik və səbirsizliklə öz təcrübəmizi nümayiş etmək imkanını gözləyirik.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?