Baş auditor

  • Elanın qoyulma tarixi: 07.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili audit fəaliyyəti çərçivəsində fərqli biznes funksiya və biznes proseslər üzrə qiymətləndirməni aparmaq
  • Daxili Audit Departamentinin fəaliyyətinin təşkil edilməsində və idarə olunmasında Departament rəhbərinə kömək edir.
  • Mühasibatlıq, Maliyə Hesabatlılığı, Risk İdarəçiliyi və Korporativ İdarəetmə istiqamətlərində, biznesə dəstək və idarəetmə sahələrində audit təyinatlarına rəhbərlik edir.  
  • Təyin olunmuş audit əməliyyatlarına əvvəldən sonadək uğurla rəhbərlik edir.
  • Audit rəylərinin prosesə, mövcud vəziyyətə və risklərə tam surətdə əsaslanmasını təmin edir.
  • Audit rəylərinin düzgün qaydada sənədləşdirilməsini təmin edən dəlilləri əldə edərək nəzərdən keçirir. 
  • Departamentdə müəyyən olunmuş standartlara və peşə standartlarına hər zaman riayət olunmasını təmin edir. 
  • Yüksək keyfiyyətə, dəqiqliyə və effektiv nəticələrə nail olmaq şərti ilə, qoyulmuş vəzifələri aydın və anlaşılan şəkildə əməliyyat heyətinə həvalə edir. 

Namizədlərə qarşı tələblər:

  • Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir) 
  • Daxili audit, maliyyə hesabatlılığı, büdcə nəzarəti, risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 4 illik iş təcrübəsi. 
  • Güclü təşkilatçılıq və nəzarət vərdişləri, o cümlədən rəqabətli prioritetlər qoymaq, vaxt məhdudiyyətlərinə və öhdəliklərə riayət etmək bacarığı. 
  • Kiçik heyətə rəhbərlik etmək və uğurlu nəticələri təmin etmək bacarığı.
  • Daxili Auditorlar Təşkilatının Etik Məcəlləsini, Beynəlxalq Peşəkar Təcrübə Şərtlərini yaxşı bilmək və başa düşmək. 
  • Audit standartlarını təcrübədə tətbiq etmək bacarığı. 
  • Maliyyə hesabatlılığı prosesini yaxşı başa düşmək. 
  • Risk idarəçiliyi və daxili nəzarət konsepsiyalarını aydın başa düşmək və tətbiq etməyi bacarmaq.
  • Mükəmməl şifahi və yazılı ünsiyyət vərdişləri. 
  • Mükəmməl dinləmə vərdişləri və məntiqi çatışmazlıqları müəyyən etmək bacarığı.
  • Mükəmməl Azərbaycan dili biliyi Rus və İngilis dili biliklərinə üstünlük verilir
  • Beynəlxalq dərəcəli sertifikasiya proqramlarına üstünlük verilir (ACCA, CFA və s) və Beynəlxalq Audit Standartlarını (ISA), yerli mühasibat standartlarını bilmək. 
  • müvafiq vergi qanunlarını bilmək üstünlük hesab olunur. 
  • Microsoft office üzrə biliklər. Digər proqramlaşdırma dil bilikləri üstünlükdür (SQL, Python və s)
  • Komandada işləmə, kommunikasiya, problem həll etmə, şəxsi inkişaf, intellektual maraq və s

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.