Müştəri Əlaqələri Meneceri (təcrübə proqramı)

  • ABTC
  • Elanın qoyulma tarixi: 06.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mərkəzin müştəri məlumat sistemini yaratmaq və onu daima təkmilləşdirmək;
  • Mərkəzin mövcud müştəriləri ilə daima əlaqələr yaratmaq, onların yeni təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarını, istifadə etdikləri xidmətlərin keyfiyyətləri barədə rəylərini öyrənmək;
  • Mərkəzə  yeni müştərilər cəlb etmək;
  • Mərkəzin yeni təlim və məsləhət xidmətləri barədə mövcud və potensial müştəriləri məlumatlandırmaq;
  • Mərkəzin təlim və məsləhət xidmətlərinin təşviqini  və satışını həyata keçirmək;
  • Mərkəzin xidmətləri üçün müraciətlərin qeydiyyatını aparmaq;
  • Mərkəzin təlim xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
  • Mərkəzin təşviqat məhsullarını hazırlamaq;
  • Ehtiyac olduqda təlim və digər tədbirlərin təşkilinə dəstək vermək;
  • Mərkəzin Direktorunun satışla bağlı ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Vəzifəyə olan tələblər:

  • Hər hansı ali təhsil;
  • Müştərilərlə iş sahəsində ən azı bir il təcrübə;
  • Azərbaycan, İngilis və Rus dillərini bilmək;
  • İşə yaradıcı yanaşmaq, yeni idealara malik olmaq qabiliyyəti;
  • ABTM-nin xidmətlərini təşviqetmək və satmaq bacarığı;
  • Layihə idarə etmək bacarığı;
  • Komandada işləyə bilmək qabiliyyəti;
  • Qarşısına qoyduğu məqsədə çatmaq qabililiyyəti;
  • İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
  • MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.

Biz Sizə nə vəd edirik:

  • Daimi öyrənmək və inkişaf imkanı, mehriban və səmimi kollektivdə iş
  • Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
  • Mərkəz hesabına nahar yeməyi;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

Qeyd: Təcrübə müddətini uğurlu şəkildə bitirmiş şəxlər gələcəkdə komandaya qoşulacaq və ya digər şirkətlərə müraciət üçün onlara tövsiyyə məktubu veriləcəkdir.

Email: [email protected]