İşin təsviri
                
                
                                
                İş qrafiki:
Bazar ertəsi – Şənbə: 08:00-dan 17:00-dək
İstirahət günü- Bazar günü
Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq
Vəzifə öhdəlikləri:
	- Malın qəbulunu, qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və qəbul olunan malların anbarda nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
 
	- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
 
	- Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
 
	- Aylıq stok sayımınında iştirak etmək, stokda olan çatışmamazlıqları müəyyən etmək və müvafiq hesabat hazırlamaq;
 
	- Anbar qalğına nəzarəti həyata keçirmək;
 
	- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
 
	- Anbar üzrə mövcud materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
 
Namizədə dair tələblər:
	- Dil biliyi arzuolunandır
 
	- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
 
	- Kompüter bacarıqları: Microsoft Office, Internet Explorer proqramları ilə işləmə bacarığı; 
 
	- Düzgün şifahi nitq qabiliyyəti 
 
	- İnsanlarla ünsiyyət qurmaq bacarığı olan və kollektivdə normal münasibət yarada bilən
 
	- Məqsədinə çatmaq üçün hərəkətli və sərbəst iş rejimində çalışa biləcək
 
	- Verilən tapşırıqları qüsursuz yerinə yetirə bilən;
 
	- Yaş həddi: 25-35 yaş arası
 
	- BC Sürücülük vəsiqəsi olan
 
Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə Anbardar yazılmalıdır.