Satış təmsilçisi

İşin təsviri

Namizədə tələblər:

  • 25-50 yaş
  • Lyuks malların (mebel, qab və ev aksesuarları) satışı sahəsində təcrübə
  • Ali təhsili olanlara üstünlük veriləcək
  • Azərbaycan və rus dili biliyi əla, ingilis dili biliyi arzuolunandır
  • MC Office, Outlook proqramlarından istifadə
  • Email vasitəsilə peşəkar yazışma
  • Yüksək etik-davranış keyfiyyətləri
  • Kollektivdə işləmək bacarığı
  • Müştərilərlə xoş münasibət və gülərüz davranış  
  • Moda və dizayn trendlərinə, lyuks həyat tərzinə maraq
  • Məhsulun düzgün təqdimatı

Vəzifə funksiyaları:

  • Müştərilərə brend barədə ətraflı məsləhətin verilməsi
  • Satışların qoyulmuş hədəflərə uyğun aparılması
  • Müştərilərə mədəni xidmət
  • Müştərilərlə nəzakətli davranış
  • Vəzifə təlimatının, daxili-intizam qaydalarının və rəhbərlik tərəfindən verilən müvafiq  tapşırıqların icrasını təmin etmək
  • Mebellərin səliqə-səhmanına və təmizliyinə riayyət
  • Müştərilərə yeni mallar, endirim kampaniyaları və digər tədbirlər barədə məlumatın verilməsi
  • Malların sifarış və satışını düzgün rəsmiləşdirmək

İş yeri: Port Baku Mall, 2-ci mərtəbə

Əmək haqqı: Namizəddən asılı olaraq, müsahibə əsasında müəyyən olunacaq.

Marağı olan şəxslər (namizədlər) öz CV-lərini (fotoşəkil daxil olmaqla)  pdf formatında, mövzu yerində "Satış təmsilçisi" sözünü qeyd etməklə [email protected]  göndərə bilər.