Qeydiyyatçı

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 02.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Ofisə gələn qonaqların qarşılanması və onların qeydiyyatının aparılması;
  • Daxil olan zənglərin qəbul edilməsi və zəruri şəxslərə yönləndirilməsi;
  • Gələn qonaqların müvafiq şöbələrə yönləndirilməsi;
  • Məktubların hazırlanması, vaxtında və dəqiq ünvana göndərilməsinin təmin edilməsi;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dili səlis, ingilis dili üstünlükdür;
  • MS Office proqramları üzrə biliklərə sahib olmalı;
  • Məsuliyyət, komandada işləmə bacarığı, diqqət.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yeri: Nərimanov rayonu, A.Heydərov küç. 120-122.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində Qeydiyyatçı qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər. 

Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.