Pərakəndə satış üzrə koordinator

  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Pərakandə satış üzrə koordinator Bakı-Abşeron üzrə

Pərakəndə Satış üzrə koordinator Şirvan regionu üzrə

Pərakəndə Satış üzrə koordinator Gəncə-Mingəçevir  regionu üzrə

İş barədə məlumat:

  • Pərakəndə satış kanalında satış həcminin, müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlərin görülməsi;
  • Şirkətin bazar payını artırmaq məqsədilə Pərakəndə satış müştərilərinin ziyarət və təhlil edilməsi;
  • Pərakəndə satış müştərilərinin əlavə xidmətlər, proqramlar və aksiyalar barədə məlumatlandırılması və cəlb edilməsi;
  • Peşəkar müştərilərə xidmətin tam dövrünün müşayiəti (sifariş, ödəniş, göndərmə);
  • Müştərilərin fərdi konsultasiyası, onların yeni məhsul növləri, iş qaydaları ilə tanış edilməsi;
  • Müştərilərə zəruri inventar və promosyon materialların təqdim edilməsi və təqib edilməsi
  • Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlanması.
  • Pərakəndə satış üzrə satış edən nümayəndələrin iş fəaliyyətinə nəzarət edilməsi.

Tələblər:

  • Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
  • Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi, problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı
  • Staj-  1-3 ilə qədər Pərakəndə satış üzrə 
  • Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Digər məlumatlar:

  • 5 günlük iş qrafiki; 
  • Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq.
  • Rabitə, nahar və yanacaq xərci şirkət tərəfindən qarşılanır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Pərakəndə satış üzrə Koordinator"  və regionların adını” yazmaqla [email protected] göndərə bilərlər.