Satınalma üzrə aparıcı mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 30.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsilli olmalı;
  • Satınalma sahəsində ən azı 2 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
  • Excell biliyi yaxşı səviyyədə olmalı;
  • Analiz etmə bacarığına sahib olmalı;
  • Ölkə xarici ezamiyyətə gedə bilməlidir.

İş haqqında məlumat:

  • Satınalma işinin təşkil edilməsi;
  • Məhsul tələblərinin şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
  • Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
  • Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
  • Bazar araşdırması edərək yeni potensial Tədarükçülərin və Təchizatçıların tapılması;
  • Səfərlər etməklə Tədarükçülərin qiymətləndirilməsi, Tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması;
  • Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
  • Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
  • Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasının təşkil edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Satınalma üzrə aparıcı mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər

İşəgötürənin reytinqi