İnsan Resursları və Əmək Haqqı üzrə Köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşdən azad olunan işçilərin son haqq hesablarının hesablanması.
  • İşçilərin əmək haqqı hesablanması ilə bağlı yaranmış suallarının həllində köməklik göstərmək.
  • Əmək haqqı kartlarının sifarişi və işçilərin arayışlarının hazırlanması.
  • Əmək haqqı katlarının hazır olunması barədə işçilərə məlumat vermək.
  • İcra tutulmaları ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək və işçiləri məlumatlandırmaq.
  • Kadrlar və maliyyə şöbələrinin, tabelçilərin işini maaş hesablanması sistemi ilə uyğunlaşdıraraq, işçi məlumatlarını lazımı qaydada keçməsini və saxlanılmasını təmin etmək (işçilərin iş saatları, əlavə iş saatları, balansda olan məzuniyyət günlərinin miqdarı və s. üzrədigər ətraflı hesabatların hazırlanması)
  • Məzuniyyət və xəstəlik vərəqələrinə aid hesablamaları həyata keçirmək
  • Bütün avans ödəmələrini və işçilərin maaşlarından bu və ya digər tutulmaları nəzarətdə saxlamaq.

Namizədə dair tələblər:

  • Ali təhsil.
  • Göstərilən vəzifə üzrə ən az 6 ay təcrübə.
  • MS Office proqramları ilə çalışma bacarığı ( Word, Excel ).
  • Güclü ünsiyyət və təqdimat bacarığı.
  • Azərbaycan, İngilis dilləri üzrə biliklərə sahib olmaq.
  • Tənqidi düşüncə və təhlil bacarıqları.
  • Bir neçə prioritet məsələləri birlikdə iradə etmə bacarıqları.
  • Problemlərin həllində yaradıcı yanaşma bacarığı.
  • Çeviklik və tez öyrənmək qabiliyyəti.
  • Gərgin iş şəraitində işləmə bacarığı.

Qeyd: Maraqlanan namizədlər email ünvanına "İnsan Resursları və Əmək Haqqı üzrə Köməkçi" başlığı ilə [email protected] müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.