Aqro və mikrokreditlər üzrə mütəxəssis (Xaçmaz)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 dekabr 2021-ci il tarixinədək göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə mütəxəssis (Xaçmaz) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Email: [email protected]

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

İşəgötürənin reytinqi