Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 700 AZN-dən başlayaraq
Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə

İşin təsviri:

  • İstehsal olunan məhsulların qablaşdırılması, yüklənməsi və daşınmasına nəzarət edilməsi;
  • Ümumi keyfiyyət sisteminin yaradılması və tətbiqinə nəzarət etmək;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması;
  • Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq .

CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.

Email: [email protected]