Planlama üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə görülən işlərin günlük və həftəlik, aylıq iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project (Primavera)  proqramına daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat Mühəndisləri ilə müzakirə aparmaq;
  • Gecikən işlərin yenidən planlanması;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
  • Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması;

Bilik və Bacarıqları:

  • MS project və Primavera proqramlarında işləməyi və Layihə planlanmasını bilməlidir;
  • Layihə üzrə işlərin planlanması;
  • Planın qeydiyyat sənədləşdirilməsini;
  • Tikinti quraşdırma işlərinin iqdisadi analiz metodlarını;
  • Müxtəlif növ planların hazırlanma üsullarını;
  • İşgüzar ünsiyyətin etikası

Vəzifəyə tələblər:

  • İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • İnşaat sahəsi əsasən sənaye və mülki binaların tikintisində minimum 3-5 il iş təcrübəsi;
  • Kompyuter  biliyi: Word, Excel,MS Project, Primavera və İnternetdə işləmə bacarığı.
  • Azərbaycan,İngilis dillərində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Rəsmi yazışma edə bilmə səviyyəsində ingilis dili bacarığı arzuolunandır;

İş şəraiti haqqında məlumat:

  • Həftə ərzində 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən 2000-2300 AZN arası dəyişir.
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Planlama üzrə mühəndis” qeyd edərək göndərə bilər.