Kontinent İnşaat MMC


2010-cu ildə yaradılan “Kontinent İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti tikinti bazarında öz novatorluğu ilə fərqlənən aparıcı şirkətlərdən biridir.

“Kontinent İnşaat” MMC-nin tikinti və istehsalat prosesləri “itkisiz fəaliyyət” siyasəti  üzərində qurulub. İnşaat və istehsal prosesləri zamanı bədbəxt hadisələrdən maksimum qorunmaq, işçilərin həyatının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi kodeksinə əməl edilir. Bir sözlə, tikinti bizim üçün sadəcə biznes sahəsi deyil, yeni həyat və düşüncə tərzidir.

Biz qısa müddət ərzində bir sıra genişmiqyaslı layihələr həyata keçirmişik. Bu layihələrin hər biri öz memarlıq ideyası və icrasına görə şəhərimizin infrastrukturuna bir töhfə olacaq və gələcək nəsillərə layiqli bir miras kimi qalacaqlar.

“Kontinent İnşaat” müasir və səmərəli idarəetmə prinsiplərini uğurla tətbiq edən bir şirkətdir. Biz öz xidmətlərimizlə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etməyi qarşımıza məqsəd qoymuşuq.

Gənc, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatında öncül  olmağı hədəfləyən “Kontinent İnşaat” ölkənin memarlıq və inşaat sektoruna öz töhfələrini verməkdədir. Şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, iş birliyi qurduğu tərəfdaş şirkətlərin inkişafına dəstək verməklə yanaşı, fəaliyyət göstərdiyi biznes sektorlarında beynəlxalq normalara uyğun rəqabətin inkişafına da təkan verir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?