Biznes proseslərinin idarəedilməsi üzrə menecer

İşin təsviri

Namizədin vəzifə öhdəlikləri:

  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin, əsnamələrin, prosedurların hazırlanması və yenilənməsi
  • Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq
  • Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi
  • Proses, prosedur və əsasnamələrin qanunvericiliyə uyğunluğunu yoxlamaq
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərinin monitorinqinin keçirilməsi
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi
  • Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, test nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək

Namizədə tələblər:

  • Ali təhsil ( Biznesin idarəedilməsi – Menecment və ya hüquq)
  • 3 il uyğun və bənzər sahədə təcrübə
  • Azərbaycan dili mükəmməl, İngilis dili səviyyəsi yaxşı, Rus dili orta
  • MS Office yaxşı istifadəçi bacarığı ( Excel, Word, PowerPoint)
  • Fikrini izah etmək qəbiliyyəti, işə planlı yanaşmaq, detallara diqqət yetirmək, məsuliyyətli və fəal olmaq.
  • İşə planlı yanaşması
  • Analitik düşünmə və təhlil etmə bacarığı
  • Strateji planlama
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti
  • Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti
  • Planlama və təşkilatçılıq qabiliyyəti

 İş şəraiti:  İş saatı: 09-30-dan 18-30-dək;

 İş yeri: Baş Ofis – Çıraq Plaza (Tbilisi p-ti,49C);

 İstirahət: Şənbə və Bazar günü;

 Nahar şirkət tərəfindən verilir.