Smeta üzrə mühəndis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.

Tələblər:

  • Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+
  • Analitik düşüncə tərzi,
  • Dəqiqlik, operativlik.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 5 günlük iş rejimi
  • Həftə içi günlər saat 09:00-dan 18:00-dək
  • Şənbə, bazar istirahət günü
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 2000-2500 azn (net)

Namizədlər CV-lərini “Smeta üzrə mühəndis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.