Büdcə planlama və hesabatlıq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
  • Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
  • Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
  • Büdcənin icrasina mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatlarin rəhbərliyə təqdim olunmasi;
  • Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
  • Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparilmasi və səmərəliliyinin artirilmasi üzrə təkliflərin verilməsi
  • Büdcə gəlirlərinin artirilmasi üzrə mənbələrin aidiyyati struktur bölmələrlə müzakirəsi;
  • Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Namizədə dair tələblər:

Bilməlidir:

  • Əsas maliyyə hesabatları; Balans hesabatı, Mənfəət/ Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti və s. hesabatların hazırlanmasını;
  • Sürətli və effektiv Excel və 1C proqramı bilikləri;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) haqqında bilik üstünlükdür;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat);
  • MS Office (xüsusilə Excel) və 1C proqramlarında işləmə bacarığı;
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
  • Büdcə planlaması sahəsində biliklərə sahib olmalı;
  • Analitik təhlil etmə və hesabat tərtib etmə qabiliyyətinə sahib olmalı;
  • Komandada işləmək bacarığı olmalı;

İş şəraiti haqqında məlumat:

  • Həftə ərzində 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən 2000-2500 AZN arası dəyişir.
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Büdcə planlama və hesabatlıq üzrə mütəxəssis” qeyd edərək [email protected] adresinə göndərə bilər.