İşə qəbul üzrə mütəxəssis

  • Matanat A
  • Elanın qoyulma tarixi: 15.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
  • Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
  • Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
  • Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
  • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Əmək haqqı: Razılaşma yolu ilə.                                                                               

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və bazar günü.

Tələblər:

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
  • Ali təhsil: Oxşar ixtisas üzrə bakalavr dərəcəsi arzu olunandır;
  • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
  • Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin. [email protected]

İşəgötürənin reytinqi