İnzibati köməkçi (Mərkəzi filial)

İşin təsviri

Əsas Öhdəliklər:

  • İnzibati rəhbərin və təyinatı xətti rəhbərin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur;
  • Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin edəcəkdir;
  • Kredit üçün müraciət edənləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
  • Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq hazırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
  • Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmamazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərin təşkilini həyata keçirmək;
  • Lazım olduqda, gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Bakalavr)
  • Uyğun sahədə 1 ildən çox iş təcrübəsinin olması
  • Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
  • Xidmət yönümlü – aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
  • Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
  • Əlaqələndirmə - fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
  • Ofisdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
  •  İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 29 noyabr 2021-ci il tarixdən  gec olmamaq  şərtilə Subject/Mövzu hissəsində  İnzibati Köməkçi (Mərkəz filialı) qeyd etməklə göndərə bilərsiniz.

[email protected]

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.