Mexanik

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 14.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında itirak edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;

Namizədə olan tələblər:

  • Aidiyyəti sahədə təhsil;
  • Aidiyyətı sahədə 5 ildən artıq iş təcrübəsi;
  • Texniki-mühəndis sənədlərlə (texniki şərtlər, xüsusiyyətlər və s.) işləmək bacarığı;
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
  • Türk dilində səlis danışıq;
  • Yaşayış yeri Sumqayıt olanlara üstünlük verilir;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, saat 08:00-dan 17:00-dək;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Nahar və servis şirkət hesabına;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “mexanik” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.

Email: [email protected]