İxracat üzrə mütəxəssis

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • 2 ildən artıq İxracat üzrə təcrübənin olması;
  • Komanda ilə və stress altında işləmək bacarığı;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Xarici ölkələrə ezamiyyətə hazır olması;
  • Rus və ingilis dillərini bilməsi;

Vəzifəyə aid tələblər:

  • İxracat prosesini həyata keçirmək üçün müvafiq sənədləşdirmə işlərinin görülməsi;
  • Müəssisənin satış strategiyasına uyğun olaraq xarici bazarların araşdırılması;
  • Xarici şirkətlərlə əlaqələr qurulması, potensial müştərilərin tapılması və lazımi müqavilələrin bağlanılmasının təmin edilməsi;
  • Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti;
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
  • Yeni müştərilərin axtarışı və cəlb olunması;
  • İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
  • İşgüzar görüşlərin təşkili və aparılması;
  • Xarici bazarların təhlili və ona uyğun satış strategiyasını hazırlanması;
  • Rəhbərliyə görülmüş işlər barədə hesabatın verilməsi;
  • Sərgilərin təşkili və iştirak etməsi

Əlavə məlumat:

  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi (Sumqayıt Texnoloqiyalar Parkının ərazisi)
  • Servis mövcuddur
  • Nahar şirkət tərəfindən verilir
  • Korporativ nömrə (korporativ paket)
  • Mövcud olan avtomobilə yanacaqla təmin olunma
  • İllik tibbi sığorta paketi
  • İri və prestijli şirkətdə çalışma imkanı
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək

Tələblərə uğun namizədlər mövzu yerində “İxracat üzrə mütəxəssis “ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.