Daxili bazar üzrə satış mütəxəssisi

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • 2 ildən artıq Satış üzrə təcrübənin olması;
  • Komanda ilə və stress altında işləmək bacarığı;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Şəxsi avtomobilinin olması;
  • Ezamiyyətə hazır olması;
  • Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək;
  • Tender sənədlərinin hazırlanmasında təcrübə olanlara üstünlük verilir;

Vəzifəyə aid tələblər:

  • Məhsul haqqında bilikləri daim artırmaq və müştəriyə düzgün informasiyanı ötürmək;
  • Müxtəlif biznes proseslərdən anlayışlı olmalı;
  • Şirkətlər ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi;
  • Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak edilməsi;
  • Şərgilərin təşkil edilməsi və təmsil etməsi, istehsal olunan məhsullar barədə sərgilərdə geniş məlumat verilməsi;
  • Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə);

Əlavə məlumat:

  • İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi (Sumqayıt Texnoloqiyalar Parkının ərazisi)
  • Servis mövcuddur
  • Nahar şirkət tərəfindən verilir
  • Korporativ nömrə (korporativ paket)
  • Mövcud olan avtomobilə yanacaqla təmin olunma
  • İllik tibbi sığorta paketi
  • İri və prestijlli şirkətdə çalışma imkanı
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək

Tələblərə uğun namizədlər mövzu yerində “Daxili bazar üzrə satış mütəxəssisi“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.