Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis (DBA)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dilİ (əla);
  • TWCMS (Compass) sistem biliyi arzuolunandır;
  • PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
  • PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
  • Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
  • Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Email: [email protected]

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası şöbəsinə mütəxəssis (DBA) qeyd edərək göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi