Beynəlxalq əlaqələr şöbəsi üçün mütəxəssis

İşin təsviri

Vəzifələr:

  • Xarici universitetlərlə yeni əməkdaşlıqlar qurmaq və mövcüd olan əməkdaşlıqları inkişaf etdirmək;
  • Xarici universitetlər və təşkilatlarla imzalanmış müqavilələrin və memorandumların icrasına nəzarət etmək üçün universitetin müvafiq struktur bölmələri ilə sıx şəkildə çalışmaq,
  • Beynəlxalq təhsil layihələrinin koordinasiyası - tələbə və akademik heyətin Erasmus+ və Mevlana mübadilə proqramlarında iştirakı prosesini təşkil etmək,
  • Şöbənin fəaliyyəti barədə dövri hesabatların hazırlanmasında iştirak etmək,
  • Beynəlxalq tədbirlərdə iştirak edən və xaricə səyahət edən müəllim heyəti və tələbələr üçün müvafiq sənədlərin (rəsmi dəvət məktubu, müvafiq arayış) hazırlanmasına nəzarət etmək;
  • Universitetdə təhsil alan əcnəbi tələbələrin ölkədə qeydiyyat məsələlərinin həll olunması prosesində iştirak;
  • Əcnəbi tələbələrlə fakültələr arasında əlaqələrin koordinasiyası.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum Bakalavr dərəcəsi,
  • İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları,
  • Beynəlxalq Əlaqələr, təhsil və digər əlaqədar sahələrdə ən azı bir illik iş təcrübəsi,
  • Kompüter bilikləri (MS Office proqramları),
  • Komanda mühitində çalışmaq bacarığı.

Əmək haqqı namizədin iş təcrübəsinə və təhsilinə uyğun olaraq müsahibə əsnasında müəyyən edilir. Müraciət etmək üçün CV-nizi Beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinin adını qeyd edərək göndərin.

Qərbi Kaspi Universiteti tərəfindən digər vakansiyalar