Strateji idarəetmə şöbəsinin mütəxəssisi

İşin təsviri

Vəzifə üzrə tələb olunan biliklər:

  • Beynəlxalq maliyyə və mühasibatlıq prinsipləri üzrə biliklər;
  • Marketinq prinsipləri üzrə biliklər;
  • Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər;
  • Maya dəyəri anlayışı üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:        

Ümumi fərdi keyfiyyət meyarları:
-    Motivasiya;
-    Komanda işi;
-    Nəticəyönümlülük;
-    Etibar yaratma;
-    Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
-    Keyfiyyət yönümlülük;
-    Analitik düşüncə;
-    İntizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri: MBA təhsili olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

  • Strateji planlama məqsədilə araşdırmalarda daxili və kənar mühitin təhlillərində iştirak edilməsi;
  • Regional və qlobal mühitdə nəqliyyat, əlaqəli sənayelər və makroiqtisadi araşdırmaların və boşluq təhlillərinin aparılması; 
  • Strateji təşəbbüslərin planlanması və maliyyə təsirlərinin təhlil edilməsi;
  • Biznes vahidlərinin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
  • Məlumat portallarının və kənar abunəliklərin idarə edilməsi;
  • Təşkilati və biznes mühitdə ən yaxşı təcrübələrin təşkili, müqayisəsi və paylaşılmasında iştirak edilməsi;
  • Təhlillərin nəticələri ilə bağlı rəhbərlik üçün təqdimatların hazırlanması.

https://career.ady.az/Vacancy/Get?id=1779#vp

Son müraciət tarixi:    08.11.2021