Satış üzrə mütəxəssis

İşin təsviri

Əsas öhdəliklər:

  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderlərdə iştirak edilməsi üçün zəruri sənədlərin toplanması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Satış funksiyasının icra edilməsi;
  • Dövlət və özəl Tenderlərdə iştirak etmək üçün təcrübəli olmalı.

Tələblər:

  • Ali təhsil;
  • İngilis dilini yüksək səviyyədə bilməli;
  • Tender işləri üzrə ən azı 1 ildən 3 ilədək təcrübəsi olmalı;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və analitik düşünmə bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti.

Əlavə məlumat:

  • Tam ştat iş; Həftə içi I – V günlər 08:00-17:00
  • Ünvan Sumqayıt şəh. H.Z. Tağıyev Qəsəbəsi
  • Nahar və servis şirkət tərəfindən qarşılanır

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Satış üzrə mütəxəssis” qeyd etməklə CV formalarını [email protected] və yaxud [email protected] e-mail ünvanına göndərə bilərlər.