Satınalmalar üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 24.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Xarici satınalmaları uğurla icra etmək üçün ingilis dilində yüksək yazı və danışıq bacarığın bizim üçün vacibdir.
  • İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
  • MS Office proqram biliklərin yüksək dəyərləndirilir.
  • Rus dili biliyin arzu olunandır.

Məsuliyyətlər:

  • Təchizatçılar ilə əlaqələrin qurulması;
  • Satınalmaların təşkili və müvafiq sənəd dövriyyəsinin aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
4. Rəhbərlə müsahibə

Şərtlər:

  • Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
  • Sənə məhsulları öyrətməyə hazırıq;
  • Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
  • İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Əmək haqqı: 700-1000 AZN

Bu linkə daxil ol, anket formasını endir və doldur. Onu da CV ilə birlikdə vakansiyanın adını qeyd edərək göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!