Kiçik biznes analitik

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
• İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
• Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
• Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
• Proqram təminatı layihələrində biznes analiz işlərinin aparılması, texniki tapşırıqların hazırlanması, layihə planı hazırlanması, proqram təminatını yüksək səviyyədə test edilməsi, proqram təminatının təlimlərini keçirilməsi, proqram təminatının texniki sənədlərinin hazırlanması

Tələblər:

• Yaş həddi: 25-35 yaş
• Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1-3 il iş təcrübəsi
• Adobe Photoshop, MS Visio, MS Project, MS Office proqram təminatlarını yaxşı bilmək
• Dil bilikləri: Azərbaycan dilini səlis bilmək; Rus və ingilis dilini bilmək üstünlükdür.
• Analitik düşünmək və problem həll etmək bacarığı
• Respublika daxili rayon və şəhərlərə ezamiyyətlərə hazırlıqlı olmalıdır

Şərtlər və qaydalar:

- Rahat ofisdə iş;
- Mehriban kollektiv;
- Peşəkar inkişaf imkanı

İş qrafiki: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək (Şənbə və Bazar istirahət günü)
Əmək haqqı 500-700 azn

Vakansiyaya müraciət üçün CV-nizi “ Kiçik biznes analitik ” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ultra Technologies Company tərəfindən digər vakansiyalar