Satış üzrə təcrübə proqramı

İşin təsviri

Proqramın üstünlükləri nələrdir?

- Satış sahəsində real iş təcrübəsi qazanmaq imkanı
- Satış sahəsi üzrə geniş təlim proqramında iştirak
- Proqramı uğurla başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər Ultra Technologies şirkətinin Satış komandasında iş imkanı qazanacaqlar

Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?

- Potensial müştəri bazasının araşdırılması və yaradılması
- Müştəri məlumatları, təqdimatlar və satış materiallarının hazırlanmasına dəstək
- Müştəri əlaqələrini inkişaf etdirmək və mövcud bazanı saxlamağa dəstək
- Satış texnikalarını öyrənərək tətbiq etmək

Namizədə tələblər:

- Yaş həddi 22-30 yaş
- Yeni məzun olmuş tələbələr
- Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
- Dil bilikləri: Azərbaycan dili, Rus dili (İngilis dili arzu olunandır)
- Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarığı

Əgər siz də Ultra Technologies ailəsinə qoşulmaq və uğurlu karyeranıza bizimlə başlamaq istəyirsinizsə CV-nizi məktubun mövzu hissəsində “ Satış üzrə Təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Ultra Technologies Company tərəfindən digər vakansiyalar