Təchizatçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
• Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
• Təlimlər ilə əlaqədar daxil olan sifarişləri həyata keçirmək;
• Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.

Namizədə tələblər:

• Ali təhsil;
• 2 illik iş təcrübəsi – Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması üstünlükdür;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
• MS Office üzrə biliklər.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Əmək haqqı razılaşma əsasında müəyyənləşdiriləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizatçı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.