SƏTƏM nəzarətçisi

İşin təsviri

Öhdəliklər:

- İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.
- İSO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləyə bilməli.
- Yeni gələn işçilrə giriş təlimin keçirilməsi
- Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq.
- Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- İstənilən ziddiyyətləri məsələləri müəyyən edib yoluna qoymaq üçün problemi həlletmə bacarıqları;
- Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
- Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
- Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
- Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək.

Tələb olunan təhsil və biliklər:

- Ali təhsil (Texniki)
- SƏTƏM Mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
- Sertifikatları (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi, Riskin qiymətləndirilməsi və s.)
- İT bilikləri -Microsoft Office
- Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materialları;
- SƏTƏM siyasəti və hədəfləri;
- Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
- ISO 9001,OHSAS 18001 standartları və ISO 14001 standartları;
- İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət tədbirləri;
- Potensial təhlükələrin qarşısının alınması üçün görülən əsas qabaqlayıcı tədbirlər;
- İstehsalat sanitariyası;
- Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqaladə hallar zamanı təhlükəsizlik;
- Torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması tədbirləri;
- İş əsaslı stresslərin idarəolunması qaydaları;
- SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydası;
- FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları (fərman və sərəncamlar);
- İlkin tibi yardım qaydaları;
- SƏTƏM qayda və prosedurları.
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Uyğun namizədlər CV formalarınızı [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV-ləriniz mövzu yerində müraciət etdiniz vəzifəni qeyd edəsiniz.