Əsas vəzifə və öhdəlikləri:
• AHK Azərbaycanın şöbələrinin işinin dəstəklənməsi
• Ünvan araşdırmaları, bazar araşdırmaları və işgüzar tərəfdaşların axtarışlarında iştirak
• Sorğuların keçirilməsində iştirak
• Biznes nümayəndə heyəti səfərlərinin və AHK Azərbaycanın digər tədbirlərinin təşkilində iştirak
• AHK Azərbaycanın əlaqə məlumatları bazasının işlənilməsi və aktuallaşdırılması
• Tərcümə işləri
• İnzibati vəzifələr
Tələblər:
• İqtisadi təhsil sahəsi üzrə magistratura və 4-cü kursdan etibarən bakalavr pilləsinin tələbələri
• İqtisadi və siyasi münasibətlər sahəsində biliklərin olması
• Müstəqil qərar vermə, komandada işləmək və yaxşı kommunikasiya bacarığı, çeviklik
• İngilis və Azərbaycan dilində mükəmməl yazılı və şifahi dil biliyi, alman dilini bilənlərə üstünlük verilir
• MS Office proqramları ilə işləmək bacarığı
Bizim təklifimiz:
• Müxtəlif sahəli fəaliyyət diapazonu
• Layihələrin hazırlanmasında iştirak
• Zəngin iş təcrübəsinin əldə olunması
• Gənc, açıqfikirli komanda ilə işləmək fürsəti
• Azərbaycan və Almaniya arasındakı dinamik iqtisadi münasibətlərə baxış imkanı
Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə 31.10.2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.