PROFİLİNİZ:
• Pedaqoji sahə üzrə Ali Təhsil. Məktəbəqədər təhsil sahəsinə üstünlük verilir;
• Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Uşaq psixologiyası üzrə bilik;
• İlkin tibbi yardım bacarıqları;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Yüksək kommunikasiya bacarıqları;
• Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
• Təlim-tərbiyə prossesində uşaqların fiziki və əqli inkişafını təmin etmək;
• Qrupda inkişafedici mühitin yaradılmasında, dəyişdirilməsində və əyani vəsaitin hazırlanmasında birbaş iştirak etmək;
• Qrupunda olan hər bir uşağın fiziki rifahı, qayğı ilə əhatə olunması və təhlükəsizliyi üçün məsuliyyət daşımaq;
• Uşaqların fərdi xüsusiyyətlərinə uyğun olaraq inkişaf planlarının tərtibində iştirak, həyata keçməsini təmin etmək;
• Proqramda verilən öhdəlikləri yerinə yetirmək;
• Açıq dərslər vermək;
• Xüsusi istedada malik olan uşaqları aşkar etmək və bu haqda valideynlərə məlumat vermək;
• Uşaqların sosiallaşmasını təmin etmək (oyunlar, gəzintilər, bayramların, ad günlərinin təşkili və s.);
• Uşaqların valideynləri ilə sıx əməkdaşlıq etmək və mütəmadi olaraq valideyn iclaslarında iştirak etmək;
• Qrupda sanitar-gigiyena qaydalarına riayət etmək, uşaqların şəxsi gigiyenasına xüsusi diqqət etmək
• Uşaqların soyunub-geyinməsinə, yuyunmasına, yedizdirilməsinə, yatağa salınmasına cavabdeh olmaq;
İŞ ŞƏRTLƏRİ:
• Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189;
• 350-400 AZN (vergilər daxil) əmək haqqı;
• Həftədə 2 gün istirahət;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 25 Oktyabr 2021-ci il tarixədək “Gəncə şəhər Filialı/Tərbiyəçi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!