Aparıcı Maliyyə Analitiki

İşin təsviri

Vəzifə : Aparıcı Maliyyə Analitiki

İşə götürən: Vest Consulting ltd

Tabeçilik : Audit Departamentinin direktoruna

Vəzifə öhdəlikəri :

- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması və menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanmasında yaxından iştirak etmək
- Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında meneclrərə yaxından kömək etmək
- Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
- Audit prosesi zamanı menecerlərin tapşırıqlarına əsasən audit prosedurlarının – testinq, audit təhlili, qarşılaşdırmalar və s, yerinə yetirilməsi
- Audit nəticələrinə dair hesabatların tərtibatında yaxından iştirak
- Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerlərin və baş direktorun təlimatlarına əsasən digər işlərin icrası
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
- ACA, ACCA, CIMA və ya bənzəri professional üzvlüklərin əldə edilməsi istiqaməti üzrə təhsil alan namizədlərə üstünlük veriləcək
- Ümumi IFRS-i biliyi
- Maliyyə və ya mühasibatlıq sahəsində 2 il olmaqla ən azı 1 il beynəlxalq audit şirkətində təcrübə.
- “Big 4” Audit şirkətlərində iş  təcrübəsi arzuolunandır
- Azərbaycan dilində yazı və danışıq səviyyəsinin mükəmməl olması əsas şərtlərdən biridir
- Orta səviyyəli (intermediate) İngilis dili. Rus dilində orta səviyyəli danışıq bacarığı arzuolunandır.
- Statistik modelləmə və hesabatların hazırlanmasında quantitativ metodları tətbiq etmə bacarığı.
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı

İş rejimi: Həftədə 5 gün olmaqla (Bazar ertəsi – Cümə) 8 saat (9:00 – 18:00), qanunla müəyyən edilmiş digər hüquqlar (məzuniyyət günləri, xəstəlik üçün məzuniyyət və s).

Əmək haqqı: Namizəddən asılı olaraq 1300-1500 AZN (Net)

E-mail: [email protected]