Biznes Proseslərin Auditi və Biznesin İnkişafı üzrə Mütəxəssis / Menecer

İşin təsviri

“Vest Consulting” ltd-ə  Biznes Proseslərin Auditi və Biznesin İnkişafı üzrə Mütəxəssis / Menecer vəzifələrinə işçi tələb olunur
 
• Təhsil: Ali (Biznesin idarə olunması, iqtisadiyyat , marketinq, keyfiyyət sistemləri və daxili audit kimi sahələrdə təhsil alanlara üstünlük verilir )
• Dil bilikləri: Rus dili, İngilis dili və Azərbaycan dilini bilmək
• Şəxsi keyfiyyətlər:  dürüst, komanda halında işləmək bacarığı,  diqqətli, ünsiyyətçil, çevik
• Kommersiya,  investisiya müqavilələri və idxal/ ixrac sahələrində təcrübəli (  azı 3 il )
• İddialı
 
Görüləcək işlər haqqında:
 
 Biznes üçün aktual olan risklərin qiymətləndirilməsi, kommersiya əməliyyatlarının analizi,
 
 Qrup şirkətlərinin  profilini gücləndirmək üçün innovativ biznes strategiyaları hazırlamaq,
 
 Biznes proseslərin auditi və onların təşkilində nəzarət mexanizmlərinin optimallaşdırılması,
 
 Təchizat işlərinin auditi, anbar qalıqlarının və alışların optimallaşdırılması (qiymət, ödəmə şərtləri, çatdırılma və.s),
 
 Şirkətlərin biznes nəticələrinin təhlili, xarici bazarların və əmtəə birjalarının izlənməsi, holdinqin idxal/ixrac və loqistika əməliyyatlarının auditi,
 
 Strateji marketinq planlaması və satış kanallarının inkişaf etdirilməsi ilə bağlı tədqiqatların aparılması, təkliflərin verilməsi,
 
 Layihlər üçün ilkin biznes modellərinin təhlili,  strateji fokus barədə məsləhətlərin verilməsi,
 Holdinq şirkətləri ilə digər cari işləri koordinasiya etmək, aylıq müvafiq hesabatların hazırlanması,
 
İş qrafiki həftədə 5 gün, əmək haqqı razılaşma ilə.

X.e. CV-lərinizi Azərbaycan dilində və şəkilli təqdim edəsiz.

Ünvan – [email protected]