Hüquqşunas

İşin təsviri

Vəzifə : Hüquqşunas ( Biznes Hüququ )

İşə götürən: Vest Consulting ltd

Tabeçilik : Baş direktora

Vəzifə öhdəlikəri :

- Qara və əlvan metallurgiya, mədənçilik, maşınqayırma və s. diverfikasiya olunmuş sektorlarda fəaliyət  göstərən  şirkətlərə hüquq xidmətlərinin göstərilməsi
- Şirkətlərin fəaliyyəti ilə bağlı olan bütün sənədlərin, müqavilələrin, təlimat və prosedurların qanunvericiliyin  tələblərinə uyqunluğunun yoxlanılması, təsdiq olunması və məsləhətlərin verilməsi
- Pozuntu hallarının qarşısını almaq üçün hüquqi tədbirlərin hazırlanması və tətbiqi
- Müqavilə və digər öhdəlik yaradan sənədlərdə şirkət maraqlarının qorunması və risklərin analizi
- Ziyanvurma halları ilə bağlı kompensasiya prosdurlarının hazırlanması və tətbiqi
- Biznes planlar, investisiya və kredit müqavilələri üzrə hüquqi rəylərin hazırlanması
- Müqavilələrdə kommersiya maraqlarının qorunması ilə bağlı müddəaların gücləndirilməsi
- İdarəetmədə effektivliyin artırılması və sürətli korporativləşmə istiqamətində mütəmadi olaraq təkliflərin verilməsi
- Hüquqi sənədlərin hazırlanmasında birbaşa iştirak etmək, şirkətlərin müvafiq şöbələri ilə yaxından əməkdaşlıq, koordinasiya və aidiyyəti strukturların fəaliyyətinin monitorinqi

Tələblər:

- Hüquq sahəsində ali təhsil
- 4 il müvafiq biznes sahələrində hüquqşunas vəya hüquq məsləhətçisi kimi təcrübə

Bilik və Bacarıqlar:

- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
- Aktiv olmaq, təşəbbüskar və məsuliyyət götürmək bacarığı
- İngilis, rus və azərbaycan dillərində yüksək səviyyədə yazmaq, oxumaq və danışmaq bacarığı
- Microsoft Office programlarında işləmək

CV-lər azərbaycan dilində yollanılsın
Ünvan: [email protected]